SON XƏBƏRLƏR

Fransa Suriyaya görə sanksiyalar tətbiq etdi

2021.10.20, 07:36
Fransa Suriyaya görə sanksiyalar tətbiq etdi

Gunaz.tv

GünAz TV: Fransa hökuməti Suriyada kimyəvi silah hazırlanmasında əlaqəsi olduğu ehtimal edilən 3 fiziki şəxsin və 9 şirkətin aktivlərini dondurub.

 

Bu barədə Fransa xarici işlər naziri Jan İv le Drian və iqtisadiyyat naziri Bruno Le Merin yaydığı birgə məlumatda bildirilib.

 

"Suriyadakı elmi-tədqiqat mərkəzi üçün bu ölkənin kimyəvi və ballistik potensialının inkişafında istifadə olunan materialların verilməsi, yaxud bunda iştiraka görə 3 nəfər və 9 şirkət sanksiya siyahısına salınıb. Həmin mərkəzin maraqları üçün işləyən 3 şəbəkəyə qarşı da tədbirlər görülüb”, - deyə məlumatda vurğulanıb.

 

Fransanın xarici işlər naziri Jan İv le Drian daha əvvəl qeyd etmişdi ki, Qərbin hava zərbələrindən sonra Suriya kimyəvi silah hazırlaya bilməyəcək. Xəzər-xəbər

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar