SON XƏBƏRLƏR

Venesuelada Maduro növbəti 7 il müddətinə prezident elan edilib / Ərdoğan Maduronu təbrik edib

2021.10.20, 07:36
Venesuelada Maduro növbəti 7 il müddətinə prezident elan edilib / Ərdoğan Maduronu təbrik edib

Gunaz.tv

GünAz TV: Venesuelanın Milli Seçki Şurasının başçısı Tibisey Lusena 2019-2025-ci illər üçün Nikolas Maduronu rəsmən Venesuelanın prezidenti elan edib.

 

Mediada yayılan məlumata görə, mayın 20-də fəaliyyətdə olan dövlət başçısı yeni müddətə Venesuelanın prezidenti seçilib.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla bir sıra ölkələr seçkinin nəticələrini tanımadıqlarını bildiriblər.

 

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nikolas Maduronu Venesuelanın prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Ərdoğan Maduro ilə telefonla danışıb. Liderlər söhbət zamanı bütün sahələrdə əməkdaşlığın genişləndirilməısi niyyətində olduqlarını bildiriblər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar