SON XƏBƏRLƏR

İran Parlamentinin Araşdırmalar Mərkəzi: “Son iki ildə 59 milyard dollar sərmayə ölkədən çıxarılıb”

2021.10.20, 07:36
İran Parlamentinin Araşdırmalar Mərkəzi: “Son iki ildə 59 milyard dollar sərmayə ölkədən çıxarılıb”

Gunaz.tv

 GünAzTV: İran Parlamentinin Araşdırmalar Mərkəzi mayın 28-də hesabat yayaraq ölkədən xaricə milyardlarla dollar sərmayə qaçışından xəbər verib.

 

Hesabatda bildirilir ki, ölkədən sərmayə qaçışının sürəti gündən-günə artır: “Son iki ildə 59 milyard dollar sərmayə ölkədən çıxarılıb. Belə ki, 2016-cı ildə (1395-ci il) 20 milyard 200 milyon dollar, 2017-ci ildə (1396-cı il) isə 39 milyard 200 milyon dollar sərmayə ölkədən çıxarılaraq xarici ölkələrə aparılıb. Təxmin edilir ki, Amerikanın nüvə sazişindən çıxmasından sonra ölkədən xarici ölkələrə sərmayə axınının həcmi daha da artacaq.

 

İrandan sərmayə qaçışının əsas səbəblərinə gəlincə, bu, ölkənin siyasi və iqtisadi durumunun qeyri-müəyyənliyi, ölkənin sərmayəyə dəstək üçün ümumi siyasətinndə mövcud olan boşluqlar, ölkədə sərmayə qoyuluşunda riskin yüksək olması və insanların xarici ölkələrdə yaşamaq meylinin getdikcə güclənməsi ilə əlaqələndirilir”.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar