SON XƏBƏRLƏR

Türkiyə ilk “F-35” qırıcılarını təhvil alıb

2021.10.20, 07:36
Türkiyə ilk “F-35” qırıcılarını təhvil alıb

Gunaz.tv

GünAz TV: Dünən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında Amerika istehsalı olan 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarə Türkiyə nümayəndə heyətinə təhvil verilib.

 

Fort Uert şəhərində təşkil olunmuş təntənəli mərasimdə istehsalçı “Lockheed Martin” şirkətinin nümayəndələri və yüksək rütbəli türkiyəli hərbçilər iştirak edib.  

 

Məlumata görə, təyyarələr daha sonra türk pilotlarının təlim keçəcəyi ABŞ Hərbi-Hava Qüvvələrinin Arizona ştatındakı “Lyuk” aviabazasına göndəriləcək. 

 

Proqrama əsasən, ABŞ Türkiyəyə 100-dən çox “F-35” təyyarəsi tədarük edəcək.

 

Qeyd edək ki, ABŞ rəsmiləri bundan əvvəl Türkiyənin Rusiya istehsalı olan “S-400” raket-zenit kompleksi və “Su-57” tipli qırıcı təyyarələr əldə etmək planına görə Ankaranın “F-35” qırıcı təyyarə layihəsində iştirakını təhlükə altına qoyduğunu bəyan etmişdi. APA

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar