SON XƏBƏRLƏR

“Traxtur” komandası yeni mövsüm başlamadan cəzalandırıldı

2021.10.20, 07:36
“Traxtur” komandası yeni mövsüm başlamadan cəzalandırıldı

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası 18-ci super liqa yarışlarına bir neçə gün qalmış İran Futbol Federasiyası İnzibati komitəsinin yeni qərarı ilə üzləşib.

 

Qərara əsasən “Traxtur” tərəfdarları yeni mövsümdə komandanın ev sahibi kimi keçirəcəyi birinci yarışı stadiondan izləyə bilməyəcəklər.

 

İran Futbol Federasiyası İnzibati komitəsinin iddiasına görə, komanda tərəfdarlarına qoyulan qadağa 7 ay əvvəl “Traxtur”la “Saypa” komandalarının görüşündə baş verən hadisələrə görədir. İnzibati komitənin iddiasına görə, ötən mövsümdə Təbrizin səhənd stadionunda keçirilən görüşdə “Traxtur” tərəfdarları rəqib komandanın baş məşqçisi və oyunçularına qarşı təhqiramiz şüarlar səsləndiriblər.

 

“Traxtur” avqustun 3-də Qaimşəhrin “Nəssaci” komandasını öz meydançasında qəbul edəcək. Bu görüş  “Traxtur”un 18-ci super liqa yarışları çərçivəsində ev sahibi kimi keçirəcəyi birinci yarış olacaq.

 

“Traxtur” klubu və tərəfdarları vaxtaşırı Futbol Federasiyası tərəfindən müxtəlif bəhanələrlə cəzalandırılır. Halbu ki, Tehran və İsfahan kimi şəhərləri təmsil fars komandalarına fərqli münasibət bəslənilir. “İstiqlal” və “Perspolis” komandalarının tərəfdarları dəfələrlə “Traxtur” klubu və türk millətinin ünvanına aşağılayıcı şüarlar səsləndiriblər, lakin Futbol Federasiyası bütün bunlara səssiz qalıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar