SON XƏBƏRLƏR

Seyid Cəfər Pişəvərinin katibəsi və Xalxal Demokrat Qadınlar Dərnəyinin rəisi vəfat edib

2021.10.20, 07:36
Seyid Cəfər Pişəvərinin katibəsi və Xalxal Demokrat Qadınlar Dərnəyinin rəisi vəfat edib

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Hökuməti dövründə Seyid Cəfər Pişəvərinin katibəsi olmuş xanım Dr. Xədicə Zəncani dünyasını dəyişib.

 

Xanım X.Zəncani avqustun 2-də doğulduğu şəhər Xalxalda qocalıqla əlaqədar vəfat edib.

 

Mərhumun yas mərasimi cümə günü Təbriz vaxtı ilə saat 15:30-dan 17:00-dək Xalxalın Cümə məscidində keçirilib.

 

X.Zəncani 1945-ci ildə Təbriz Universiteti fəaliyyətə başladığı zaman universitetin tibb üzrə öyrəncilərindən olub.

 

Azərbaycanlı xanım Azərbaycan Milli Hökuməti dövründə Xalxal Demokrat Qadınlar Dərnəyinin rəisi və hökumət başçısı Seyid Cəfər Pişəvərinin Xalxalda katibəsi vəzifəsində işləyib.

 

X.Zəncani həyat yoldaşı Nuruş Şirvani edam olunduqdan sonra Pəhləvi rejimi tərəfindən həbs edilib, o sonralar digər azərbaycanlı silahdaşları kimi İranın cənub bölgəsinə sürgün edilib.

 

Azərbaycanlı xanım sürgünlük müddəti bitdikdən sonra doğma şəhəri Xalxala dönüb və bu şəhərdə həkimlik peşəsi ilə məşğul olub.

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar