SON XƏBƏRLƏR

Prof. Zerhtabi qətlə yetirildiyi günün növbəti ildönümündə anılıb – Şəbistərdə

2021.10.20, 07:36
Prof. Zerhtabi qətlə yetirildiyi günün növbəti ildönümündə anılıb – Şəbistərdə

Gunaz.tv

GünAz TV: Şəbistərdə böyük tarixçi alim, dilçi və mütəfəkkir Prof. Məhəmmədtaği Zehtabi məzarı başında anılıb.

 

Bu məqsədlə çox sayda milli-mədəni fəal dekabrın 22-də mərhumun məzarı başına toplaşıblar. Elmi fəaliyyətləri azərbaycanlılar tərəfindən hər zaman yüksək qiymətləndirilən alimin əziz xatirəsi fəallar tərəfindən böyük ehtiramla yad edilib.

 

Prof. M.Zehtabi dilçilik və tarix zəmində onlarla dəyərli əsərin müəllifidir. “Müasir azəri ədəbi dili”, “Şahın zəncirdə”, “Bağban Eloğlu” və “Pərvanənin sərgüzəşti” onun əsərlərindəndir.  Yazıçının ən məşhur əsəri olan ikicildlik “İran türklərinin əski tarixi” kitabı bütün güneylilər və Azərbaycan Milli Hərəkati fəalları üçün xüsusi əhəmiyyət daşıyır.

 

M.Zehtabi 1998-ci ildə Almaniya səfərindən qayıtdıqdan sonra İranda zəncirvari qətllər hadisəsində təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar