SON XƏBƏRLƏR

Hollandiyada İran səfirliyinə hücum edilib- saxlanılanlar var

2021.10.20, 07:36
Hollandiyada İran səfirliyinə hücum edilib- saxlanılanlar var

Gunaz.tv

GünAz TV: Hollandiya polisi İranın Haaqada yerləşən səfirliyinə hücum edən 4 nəfərin saxlandığı barədə məlumat yayıb.

 

Dünən (9 yanvar- red.) Hollandiyanın “Teleqraf” agentliyinin yaydığı videoda İran səfirliyi qarşısında etiraz aksiyasından sonra səfirlik binasına tərəf hücum edən 8 nəfərə polisin müdaxilə etdiyi müşahidə edilirdi. Bu gün polisin yaydığı məlumata görə, hadisə ilə əlaqəli olaraq 4 nəfər saxlanılıb.

 

Qeyd edək ki, Haaqa şəhərində İran səfirliyi qarşısında etiraz aksiyası Avropa İttifaqının rəsmi Tehrana qarşı terror aktları törətdiyinə görə sanksiyalar tətbiq etməsi münasibəti ilə təşkil olunub. 2 gün öncə İttifaq ölkələri ETTELAT-ın 2 yüksək rütbəli əməkdaşına qarşı Avropada terror aktları təşkil etdiklərinə görə sanksiya tətbiq etmişdi. Bundan sonra Hollandiya da İranın bu ölkədə törədilmiş 2 terror aktında əli olduğunu bildirmişdi.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar