SON XƏBƏRLƏR

Əhməd Cənnəti: “Xalq ac qalar, amma inqilabdan keçməz”

2021.10.20, 07:36
Əhməd Cənnəti: “Xalq ac qalar, amma inqilabdan keçməz”

Gunaz.tv

GünAz TV: Bu sözləri İran Konstitusiyaya Nəzarət Şurasının katibi Əhməd Cənnəti İran inqilabının 40-cı ildönümünə həsr edilmiş tədbirdə deyib.

 

O, ölkəni Amerikanın köməyi olmadan idarə etməyin mümkün olmadığını deyən rəsmiləri də tənqid edib və bildirib ki, “xalq canından keçər, amma dinindən keçməz”.

 

Cənnəti həmçinin iddia edib ki, “İran xalqı aclığa, susuzluğa dözər, amma islam inqilabının məğlub olmasına yox”. İranlı axund ölkəsinin “dolların qüdrətini zəiflətməyə, bununla da İranı bu günki vəziyyətdən xilas etməyə” qadir olduğunu deyib.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından sonra İrana qarşı yenidən təhrimlər qəbul etməsi ölkədə böyük iqtisadi problemlərə səbəb olub. Ölkə valyutasının dəyəri kəskin olaraq ucuzlaşıb, nəticədə bir çox sənaye müəssisələri və şirkətlər müflis olub.

 

Əhməd Cənnətinin dediklərindən fərqli olaraq, İranın iqtisadi vəziyyətinin kəskin olaraq pisləşməsi ölkə boyu xalq etirazları ilə müşahidə olunur. Son aylar ərzində İranın bir çox bölgələrində insanlar yarıtmaz iqtisadi siyasət, əmək haqlarının verilməməsi, iş yerlərinin bağlanması və s. bu qəbildən olan problemlərə görə etiraz aksiyaları keçiriblər.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar