SON XƏBƏRLƏR

Ərdəbilli soydaşımızın bədən üzvləri bir neçə nəfəri həyata qaytarıb

2021.10.20, 07:36
Ərdəbilli soydaşımızın bədən üzvləri bir neçə nəfəri həyata qaytarıb

Gunaz.tv

GünAz TV: Cari ildə Ərdəbil Əyalətində beyin ölümünə düçar olan 30 yaşlı kişinin bədən üzvləri ehtiyacı olan xəstələrə bağışlanıb.

 

Bu barədə Ərdəbil Tibb Universitetinin köçürülməli olan bədən üzvləri işləri ilə bağlı mərkəzin məsulu Məcid Məhəmməd Qəribani “Fars” xəbər agentliyinə danışıb.

 

“Beyin ölümünə düçar olan Arəş Zülfiqar Niya fevralın 13-ü sübh saatlarında Tehrana intiqal edilib. Onun bədən üzvləri ehtiyacı olan xəstələrə köçürüləcək. Bu, beyin ölümünə düçar olan 22-ci insandır ki, bu il Ərdəbil Əyalətində qeydə alınıb”- deyə o bildirib.

 

Məcid Məhəmməd Qəribani əlavə edib ki, 30 yaşlı xəstə yol qəzasında baş nahiyyəsindən zərbə alıb və beyin ölümünə düçar olub. Xəstə ailəsinin razılıq verdiyindən və həkimlər heyəti tərəfindən təsdiqləndikdən sonra Tehrana intiqal edilib, onun bədən üzvləri dərhal ehtiyacı olan xəstələrə köçürülüb.

 

Qeyd edək ki, Azərbaycan diyarında hər gün ülvi və müqəddəs dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir. Bədən üzvlərinin bağışlanması faktına Güney Azərbaycanın bütün şəhərlərində tez-tez rast gəlinir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar