SON XƏBƏRLƏR

Xamneyi Qasım Süleymaniyə “şəhid olmağı” arzulayıb

2021.10.20, 07:36
Xamneyi Qasım Süleymaniyə “şəhid olmağı” arzulayıb

Gunaz.tv

GünazTV: İranın dini lideri Əli Xamneyi martın 11-də hərbi komandanların iştirakı ilə keçirilən  görüşdə, “Sepah”ın “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaniyə layiq görüldüyü ən yüksək hərbi nişan olan “Zülfüqar” nişanını təqdim edib.

 

Görüşdə, “Zülfüqar” nişanını Qasım Süleymaninin sinəsinə taxdıqdan sonra etdiyi çıxışında, Xamneyi, Qasım Süleymaniyə hərbi fəaliyyətinin sonunda “şəhid olmağı” arzulayıb: “Qasım Süleymani dəfələrlə öz həyatını düşmən qarşısında təhlükəyə atıb. Qoy mütəal Allah ona (Q.Süleymani) əcr versin, onun səadət içində yaşamasına yardım etsin və onun aqibətini şəhidliklə bitirsin. Əlbəttə ki, indi yox. Çünki hələ uzun illər islam respublikasının ona ehtiyacı var. Lakin sonunda Allah eləsin ki, onun aqibətini şəhidlik zirvəsinə ucaltsın.

 

Qeyd edək ki, “Sepah”ın xarici əməliyyatları üçün nəzərdə tutulmuş “Qüds” qanadı qüvvələrinin komandanı Qasım Süleymani və onun başçılıq etdiyi qüvvələr hazırda Suriyada, İraqda və Yəməndə daha çox fəaliyyət göstərir və həmin ölkələrdə terrorçu qruplaşmalara dəstək verir.

 

"Zülfüqar" hərbi nişanı

 

Xatırladaq ki, İranın hökumət saytlarında Qasım Süleymaninin “Zülfüqar” hərbi nişanına layiq görüldüyü barədə martın 11-də məlumat yayılmışdı.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar