SON XƏBƏRLƏR

“Traxtur” addım-addım çempionluğa doğru: Azərbaycan komandası növbəti rəqibini də böyük hesabla məğlub etdi

2021.10.20, 07:36
“Traxtur” addım-addım çempionluğa doğru: Azərbaycan komandası növbəti rəqibini də böyük hesabla məğlub etdi

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası şənbə günü Xuzistanın “İstiqlal” komandasının qonağı olub. Böyük hesabla rəqibini məğlub edən komanda turnir cədvəlində mövqeyini daha da gücləndirib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 23-cü həftəsində keçirilən görüş 3:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Azərbaycan komandasına qələbə qazandıran qollar 16-cı dəqiqədə Yukiya Sugita, 43-cü dəqiqədə Danyal İsmailifər və 66-cı dəqiqədə Əşkan Dejaqe tərəfindən vurulub.

 

Super liqa yarışlarının son həftələrində ardıcıl uğurlara imza atan “Traxtur” klubu bu qələbədən sonra 46 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Hazırda “Perspolis” komandası 48 xalla 1-ci, Tehranın “İstiqlal” komandası isə 43 xalla 3-cü pillədə qərarlaşıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar