SON XƏBƏRLƏR

“Türk dili önümüzdəki 20 il üçün ən vacib dillər sırasındadır”- Britaniya Mədəniyyət Şurası

2021.10.20, 07:36
“Türk dili önümüzdəki 20 il üçün ən vacib dillər sırasındadır”- Britaniya Mədəniyyət Şurası

Gunaz.tv

GünAz TV: Britaniya Mədəniyyət Şurası ölkədə xarici dilləri öyrənmək istəyənlərin prioritetini müəyyənləşdirmək məqsədi ilə vaxtaşırı 10 önəmli dilin siyahısını açıqlayır.

 

2013-cü ildə açıqlanan siyahıda türk dili İspan, ərəb, çin, fransız, alman, portuqal, italyan, rus və yapon dili ilə yanaşı "Gələcək 20 ildə Britaniya üçün ən vacib dillər" adı ilə təqdim olunub.

 

Tanınmış azərbaycanlı yazıçı və araşdırmaçı Məhəmməd Rəhmanifər bu barədə Britaniya Mədəniyyət Şurasının rəsmi saytına istinadən məlumat yayıb.

 

Sözügedən siyahıya daxil olan 10 dil iqtisadi, geosiyasi, mədəni, təhsil və digər amillərlə bağlı meyarlar əsasında seçilir. Siyahıya Britaniyanın ticarət, təhlükəsizlik və diplomatik maraqlarına cavab verən və internetdə nüfuzu olan dillər daxil edilir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar