ABŞ təyyarədaşıyan gəmisinin missiyası uzadılır: heyət bir il dənizdə qalmağa hazırlaşır
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib
Ərdoğan Pezeşkianla görüşdə: “Müharibə tezliklə başa çatmalıdır”
Möhsün Rezainin Türkiyə ilə bağlı iddiası etirazlara səbəb olub (Video)
Dörd Güneyli fəalına 40 il həbs cəzası verilib
İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Abbas Lisani və Yusif Karinin həbsindən bir il ötür
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
Britaniyada iki iranlı casusluqda təqsirli bilindi
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
İranın 11 əyalətində qaz kəsintiləri olacaq
Pezeşkian və Ərdoğan görüşdü
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
GünAz TV: Reuters xəbər agentliyi İranın "dini lider"i Əli Xamneyinin ölkəni bürüyən son etirazlar zamanı təhlükəsizlik qüvvələrinə nəyin bahasına olur-olsun, etirazçıları dayandırmaqla bağlı verdiyi göstərişi ifşa edib.
Xamneyinin ətrafından olan 3 nəfərin, eləcə də digər 1 iranlı rəsminin dediklərinə əsasən, etirazlar başlayandan bir neçə gün sonra o, gərgin və narahat olub. Buna görə də, təhlükəsizlik qüvvələri və dövlət rəsmiləri ilə görüş təşkil edib, onlara "etirazları yatırmaq üçün nə lazımdırsa, edin" əmrini verib.
"Dini lider"in yaxın ətrafından olan həmin rəsmilərdən biri Reuters-ə bildirib ki, noyabrın 17-də keçirilən həmin görüş zamanı, o, İslam Republikası rejiminin təhlükə qarşısında olduğunu dilə gətirib, buna görə də, təhlükəsizlik orqanları rəhbərlərinə deyib ki, mənim əmrim hansı şəkildə olur-olsun, etirazları yatırmaqdır.

Xamneyinin bu göstərişi 1979-cu ildən sonra yaşanmış ən qanlı aksiyanın baş verməsinə zəmin yaratdı. Reuters 15 noyabrda başlamış, təqribən iki həftə davam etmiş həmin nümayişlər zamanı azı 1500 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutularaq qətlə yetirildiyini yazır.
Agentlik İranın Daxili İşlər Nazirliyinin 3 rəsmisinə istinadən ölənlər arasında 17 nəfər yeniyetmə, təqribən 400 qadın və bir neçə təhlükəsizlik orqanları əməkdaşının olduğunu qeyd edir.
Reuters bildirir ki, onlara bu statistikanı verən rəsmilərdən 2-si onu təhlükəsizlik orqanları, dəfn mərasimləri, xəstəxanalar və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən əldə edilmiş məlumatlar əsasında hazırlayıb.
Bundan öncə, dekabrın 16-da Amnesty İnternational son etirazlar zamanı ən azı 304 nəfərin qətlə yetirildiyi barədə məlumat yaymışdı. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin məsələ ilə bağlı yaydığı məlumatda isə rəqəmin 1000 nəfərə yaxın olduğunun təxmin edildiyi qeyd edilirdi.

Reuters Xamneyinin yuxarıda sözügedən göstərişi verib-verməməsi ilə bağlı İran hökumətinin sözçüsü və bu ölkənin Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəliyi ilə əlaqə yaratdığını, lakin sonuncuların suala cavab vermədiklərini bildirir.
Xatırladaq ki, noyabr ayının 15-də benzinin bahalaşdırılmasına qarşı İranın demək olar ki, bütün bölgələrində xalq nümayişləri başlamışdı. Ayın 17-də "fiqh xarici dərs"də məsələyə münasibət bildirən Xamneyi bu sahədə mütəxəssis olmadığını, lakin 3 sistemin rəhbərlərinin qiymət artımı ilə bağlı qəbul etdikləri qərarı dəstəklədiyini demişdi. O, həmçinin bir neçə şəhərdə insanların öldüyünü etiraf etmişdi.

Bu günə qədər həmin görüş və ya o gün keçirilən digər görüşlə bağlı heç bir məlumat yayılmamışdı. Lakin Reuters agentliyinin xəbəri həmin günün axşamı Xamneyinin etirazlarla əlaqəli digər görüş keçirib, vətəndaşları qətlə yetirməklə bağlı təhlükəsizlik orqanlarına göstəriş verdiyini əks etdirir.
Xamneyinin göstəriş verdiyi toplantı:
Reutersin məlumatında qeyd edilir ki, noyabrın 17-si axşam saatlarında Xamneyi Tehranın mərkəzində yerləşən, güclü qorunan iqamətgahında Həsən Ruhani, Nazirlər Kabinetinin üzvləri və təhlükəsizlik orqanlarının rəhbər şəxsləri də daxil olmaqla, yüksək vəzifəlilərlə görüş keçirib.

Reutersə bu barədə məlumat verən Xamneyinin yaxın ətrafından olan 3 rəsmi bildirib ki, 80 yaşlı "dini lider" çıxışının sonuda səs tonunu yüksəldib və təhlükəsizlik qüvvələrinin etirazçılarla "yumşaq davranışı"nı tənqid edib. O, həmçinin öz şəklinin və Ruhullah Xomeyninin üzüyünə qoyulmuş heykəlin insanlar tərəfindən yandırılmasına bərk qəzəblənib.
Xamneyi sonda İslam Respublikası rejiminin mövcudiyyətinin təhlükədə olduğunu əsas gətirərək, nəyin bahasına olur- olsun, bütün vasitələrdən istifadə etməklə, etirazları yatırmaqla bağlı əmr verib.
Həmin 3 rəsmi Xamneyinin əhalisinin əksəriyyəti fəhlələrdən ibarət olan, rejimin qorunub saxlanması üçün dəstək kimi hesab etdiyi şəhərlərin əhalisinin qəzəbindən narahatlıq ifadə etdiyini vurğulayıb. "Dini lider" r0əsmilərə etirazları yatırmaq üçün "lazımi tədbirləri" görmədikləri təqdirdə, onları etirazların nəticələrinə görə məsul sayacağıyla bağlı xəbərdarlıq edib.
Xamneyinin ətrafından olan sözügedən 3 rəsmidən biri agentliyə deyib ki, "toplantıda iştirak edən bütün rəsmilər etirazçıların İslam Respublikasını devirməyə çalışdıqları qənaətində olublar".
Reuters-ə açıqlama verən 4-cü rəsmi isə görşdə Xamneyinin etirazçılara güclü və lazımi cavab verilməsini zəruri hesab etdiyini deyib.
"Bizim imamımız yalnız Allah qarşısında cavabdehdir. O, xalqa və inqilaba böyük əhəmiyyət verir. Dini lider qərarlı idi və etirazların dağıdılmasını vurğulayırdı", - deyə adı çəkilməyən rəsmi agentliyə verdiyi açıqlamada əlavə edib.
Xamneyinin yaxın ətrafından olan 3 rəsmi təhlükəsizlik qüvvələrinin şəhərlərdə etirazçılara qarşı repressiyanı başlatmasından sonra təhlükəsizlik müşavirlərinin "dini lider"ə etirazların miqyası barədə hesabatlar verdiklərini deyiblər. Daxili İşlər naziri ölən və tutulanların sayı ilə bağlı Xamneyiyə məlumat verərkən, ETTELAAT naziri və "Sepah" terror təşkilatının komandanı "etirazlarda müxalif qrupların rolu" barədə onu məlumatlandırırmış.
Reuters Ruhani hökumətinin sözçüsündən Daxili İşlər və ETTELAAT nazirlərinin toplantıdakı rolu barədə əlaqə yaradaraq sual soruşmasına baxmayaraq, ondan cavab ala bilməyib.
Etirazlar zamanı Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli Təhlükəsizlik Şurasının rəhbəri kimi, benzinin qiymətinin artırılması layihəsinin icraçısı kimi qələmə verilmişdi. Bəzi millət vəkilləri nazirin layihənin icra forması və etirazçılara qarşı amansızlığa görə Parlamentdə sorğu-sual edilməsini tələb edirlər.
Məsələ ilə əlaqəli Milli Məclisin deputatı Mahmud Sadiqi bildirmişdi ki, Daxili iİşlər Naziri Rəhmani Fəzli Parlamentin komissiyalarından birinin iclasına çağırılaraq, bəzi deputatların etirazçılara atəş açılmasının səbəbi ilə bağlı ona ünvanladıqları suallara cavab verib:
“Keçirilən iclasda təmsil etdiyi şəhərdə iki nəfərin başlarından aldıqları güllədən beyinlərinin dağılmasını bildirən deputatlardan biri nazirdən niyə etirazçıların məhz başlarına atəş açılması ilə bağlı sual soruşdu. Onlar Fəzlidən soruşduqları etirazçıların heç olmasa bellərindən aşağı hissələrinə atəş açmaq olmazdımı sualına aldıqları cavabdan şoka düşdülər. Daxili işlər naziri cavabda dedi ki, etirazçıların təkcə başlarına yox, bəzi hallarda ayaqlarına da atəş açılıb", - deyə Sadiqi qeyd etmişdi.
"Artıq rəhm etməyəcəyik"
Reuters-in məlumatında bildirilir ki, 30 ildən artıqdır İrana hakim olan Əli Xamneyi etirazların yatırılması üçün əsas etibarilə özünə ən yaxın qüvvələr hesab etdiyi "Sepah" və Bəsic Təşkilatına yönəlmişdi.
"Sepah"ın Kirmanşah əyaləti şöbəsinin yüksək çinli əməkdaşlarından biri agentliyə verdiyi açıqlamada qeyd edib ki, noyabrın 18-i gecə yarısı əyalətin icra hakimi təyin etdiyi toplantıda rəsmilər arasında verilmiş əmr vərəqəsini payladı. O, həmçinin bildirib ki, icra hakimi Tehrandan yüksək vəzifəli dövlət rəsmilərinin əyalətdə etirazlara son qoymaqla bağlı bizə göstəriş verdiyini dedi. İcra hakimi həmçinin görüş iştirakçılarına xitabən "artıq rəhm etməyəcəyik, onların hədəfi İslam Respublikasını yıxmaq olduğundan, kökləri kəsəcəyik" kimi fikirlər səsləndirib.
Reuters məsələni araşdırmaq üçün Kirmanşahın İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, suallarına cavab ala bilməyib.
"Etirazçıları, hətta gülləbaran etməklə belə olsa, evlərinə geri qaytarın"
Reuters agentliyinin məlumatında həmçinin qeyd edilir ki, 4 əyalətdən olan rəsmilər onlara bildiriblər ki, "mesaj aydın idi, etirazları yatıra bilməmək xalqı gələcək etirazlara ruhlandıracaqdı".
Paytaxt Tehranın yaxınlığında yerləşən, əhalisinin böyük əksəriyyətini fəhlə kateqoriyasından olan insanlar təşkil edən Kərəc rəsmilərindən biri rejimin bütün vasitələrlə xalqı geri oturtmağa əl atdığı ilə bağlı agentliyə maraqlı açıqlama verib.
"Bizə bütün zəruri zorakılıqlardan istifadə edərək, etirazlara son qoymaqla bağlı əmr verdilər. Tehrandan verilən göstərişdə insanların evlərinə qayıtması üçün nəsə edin, hətta lazım gələrsə, onlara atəş açın deyilirdi", - deyə adı çəkilməyən həmin rəsmi fikrini tamamlayıb.
Reuters Kərəc məsulları ilə də əlaqə yaradıb, sual ünvanlayıb, lakin heç birinə cavab ala bilməyib.
Kərəc əhalisindən bir neçəsi isə agentliyə verdikləri ayrı-ayrı açıqlamalarda "sepahçı" və polislərin motosikletlər üzərində yerləşdirilmiş pulemyotlardan, digər qrupun isə damlardan insanları atəşə tutduğunu, beləliklə, şəhər küçələrinin qan gölünə çevrildiyini deyiblər.
Mahşəhr- Tank, gülləbaran və azı 100 ölü
Reuters-in məlumatında ərəblərin yaşadığı Xuzistan əyalətində "Sepah" terrorçularının tanklar və zirehli maşınlarla etirazları yatırmağa getdikləri qeyd edilir.
Mahşərh rəsmilərində biri agentliyə bildirib ki, atışma yerinə getdiyimiz zaman ərazinin cəsədlərlə dolu olduğunu gördük və ölənlərin əksəriyyətini cavanlar təşkil edirdi.
Qeyd etmək lazımdır ki, etirazlar zamanı ən çox ölüm halları ərəblərin vətəni olan Xuzistan əyalətində qeydə alınıb. Son günlər sosial şəbəkələrdə Mahşəhrin qamışlıq bölgələrində "Sepah" terroristləri və polislərin kiçik yük maşınlarının üzərində bərkidilmiş pulemyotlarla etirazçıları gülləbaran etdiklərini əks etdirən videolar yayılıb.
Digər tərəfdən, keçirilən etiraz aksiyaları zamanı ölkənin bir çox şəhərlərində, eləcə də Güney Azərbaycanda azərbaycanlılar arasında da çoxlu sayda ölüm halı qeydə alınıb. Hələ ki, qətlə yetirilən güney azərbaycanlıların 17-sinin adı məlumdur.
Ə.A
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
Pezeşkian və Ərdoğan görüşdü
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
Üç şəhərdə daha yeddi məhbus edam edildi
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya