İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
- Əhməd bəy, 3 ilə yaxındır ki, Azərbaycana gələ bilmirdiniz. Nəhayət Vətən müharibəsindən qalib çıxmış Azərbaycana gəlmisiniz. Nələr hiss edirsiniz?
- Azərbaycan vətənimizdir. İnsan nə qədər uzaqda olsa da, vətəninə ayaq basanda daxilən sevinir. Bu dəfəki qayıdış Qarabağın azadlığı ilə üst-üstə düşdü. Bu sevinci sözlə ifadə etmək qeyri-mümkündür.
- 44 günlük Vətən müharibəsi Amerikadan necə görünürdü?
- 44 gündən bir az da əvvələ qayıtmaq istəyirəm. Tovuz döyüşləri zamanı general Polad Həşimovun şəhid olması hər bir azərbaycanlının beynində dəyişiklik yaratdı. Bu dəyişiklik həyəcan və ümid dolu idi. 44 günlük müharibə boyu dünyada yaşayan azərbaycanlılar gün ərzində 2-3 saat ancaq yuxu yata bilirdi. Bir tərəfdə nigaran olmaq, digər tərəfdə torpaqların azad olmasının həyəcanı... Beynimizin istirahət etməsi qeyri-mümkün idi. Nə yaxşı ki 44 günün sevincini yaşadıq. Belə günlər hər kəsə nəsib olmur.
- Reallıq odur ki, Amerikadan Qarabağın taleyi həmişə “sual altında” kimi görünüb. Çünki 30 ilə yaxın müddətdə Amerika ATƏT-in Minsk qrupunun həmsədri kimi gözlədiyimiz heç bir addımı atmadı.
- Mən Amerika vətəndaşıyam. Hesab edirəm ki, bir Amerika vətəndaşı kimi fikirlərimi çox rahat formada deyə bilərəm. Amerika dünyada super dövlət kimi Qarabağ məsələsində çox zəif hərəkət elədi. 28 il ərzində Minsk qrupunun həmsədri kimi danışıqların tərəfdarı idi. Biləndə ki, bu danışıqlar nəticəsiz olacaq, ancaq buna israr edirdi. Amerikanın bu cür münasibət sərgiləməsi bu ölkənin milli mənafeyinə də uyğun gəlmirdi. Hətta bir müddətdən sonra Amerikanın dövlət adamları başa düşdülər ki, bu doğru siyasət deyil.
- Amerikanın illərlə sadaladığınız münasibəti sərgiləməsində erməni lobbisinin gücü nə qədər olub?
- Çox... Amerikada dövlət icraçı, Konqres qanunvericidir. Ermənilər xristian olmalarından istifadə edərək, bəzi qondarma və yalançı tarixi hadisələri özlərinəməxsus formada dəyişdiriblər. Amerika Konqresinin bəzi üzvləri hər zaman onların yanında olub. Hətta 907-ci düzəlişi Azərbaycanın əleyhinə keçirdilər. O zaman Konqresdə çoxu Azərbaycan adını deyə bilmirdi.
Çoxu Azərbaycanın adını xəritədə tapmaqda çətinlik çəkirdi. Amma erməniləri tanıyırdılar. Ermənilər bu məsələlərdə tez başlayıb müəyyən uğurlar əldə etsələr də, sonunda hər şey dəyişdi. Hadisələr meydanda təyin olunur. İstər döyüş, istərsə də diplomatiya meydanı olsun, Azərbaycan getdikcə daha da gücləndi.
Burada iki məqam var. Əgər ermənilər Amerika Konqresində güclü iş aparırdılarsa, Azərbaycan beynəlxalq arenada öz işini görürdü. Azərbaycan dövlətinin ən gözəl siyasətlərindən biri o idi ki, mümkün qədər BMT-də və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı olduğuna dair qərarlar qəbul etdirirdi. Bu da 44 günlük savaşa öz təsirini göstərirdi. Bu baxımdan da ötən illər ərzində Ermənistanın lobbisi, Azərbaycanın isə dövləti güclü işləyirdi.
- Əhməd bəy, erməni lobbisindən söz açdınız. Amerikada yaşayan soydaşlarımızın erməni hiyləsi ilə tez-tez üzləşdiyini deyə bilərikmi? Üzləşdiyiniz məqamlarda hansı addımlar atılırdı?
- Erməni lobbisinin tarixi qədimdir. 1920-ci illərdən başlayaraq erməni lobbisi Amerikakada formalaşmağa başlayıb. Ermənilərin 2 əsas lobbi təşkilatlarından biri olan Ankanın kökü 1921-ci ilə gedib çıxır. Getdikcə həm təcrübə toplayıblar, həm də xristian olduqlarını önə çəkərək, qondarma erməni soyqırımından istifadə ediblər. Eyni zamanda, məzlum bayrağını əllərində əsas tutaraq, zalım işlərlə məşğul olublar. Təsəvvür edin, Amerika deyir ki, “Qarabağ Azərbbaycanındır”. Konqresdə bir hissə isə “Qarabağ ermənilərindir” deyir.
- Amerika kimi iri dövlətdə Azərbaycan diasporu niyə tam olaraq formalaşa bilməyib?
- Diaspor üzvləri öz potensialına görə işləyə bilməyib. Diasporla İş üzrə Dövlət Komitəsi isə öz işini görür. Son illərdə komitənin işi uğurludur. Amma diaspor yalnız Bakıdakı komitə deyil ki!.. Bu komitə ancaq idarə edə bilər. Bizim işimizi görə bilməz. Biz xaricdə olan azərbaycanlıların böyük potensialı olsa da, yaxşı işləyə bilməmişik. Bunu düzəltmək lazımdır. Bu, bizim vəzifəmiz olmalıdır.
- 44 günlük savaşda əksini gördük. Birlik, bərabərlik vardı. Hər kəs ayaqda idi. Hətta tez-tez belə ifadə səslənir: kaş ki, Vətən müharibəsi zamanı göstərilən birliyi 30 ilə yaxın müddətdə də edə biləydik. Bu fikirlərlə nə dərəcədə razısız?
- 1992-ci ildə də ayaqda idik. Sadəcə, o zamanlar Azərbaycanın xaricdə diasporu olmadığından bunu görə bilmədik. 28 il ərzində diasporumuz güclənməyə başladı. Düzdür, ermənilərlə nisbətdə zəif idik, amma güclənməyə doğru gedə bildik. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Azərbaycan diasporu müsbət mənada fövqəladə idi. İş bundan sonradır.
- Bir nöqtədən məsələləri idarə etmək həm də çox önəmlidir. Amerikada azərbaycanlıların sayı nə qədərdir?
- Amerikada azərbaycanlıların sayı çox deyil. Daha çox güneylilərdir. Mən də güneyli olduğumdan bir hissəmiz farsçılıq fəaliyyəti nəticəsində kompleks içində yaşayırıq. Necə ki burada ruslaşma gedirdisə, orada da farslaşma gedirdi. Az bir hissəmiz fəaldır. Müxtəlif əyalətlərdə olan azərbaycanlıların hər biri çalışır ki müəyyən işlər görsün. Diaspor Komitəsinə yeni rəhbər təyin olunandan sonra bu işlər daha da yaxşılaşıb. Ümid var ki, gələcəkdə daha yaxşı olsun.
- Azərbaycanlıların yaşadığı bəzi ölkələrdə “Azərbaycan Evi” açılıb. Orada ana dilimiz, tariximiz tədris olunur. Amerika nəhəng dövlət olduğundan dil kursları necə keçirilir?
- Dediyiniz kimi, Amerika dövləti böyükdür. Amerikada azərbaycanlılar böyük əyalətlərdə yaşayırlar. Şəhərlər də böyükdür. Bu baxımdan da azərbaycanlıların eyni məktəbə getməsi mümkün deyil. Məsələn, bəzi əyalətlərdə yaşayan azərbaycanlılar ana dili kursu açıblar. Azərbaycanlı olduğumuzu övladlarımız bilməlidir. Çünki uşaqlarımız Amerika cəmiyyətində böyüyürlər. Dil kursunun olması çox yaxşı haldır.
- Əhməd bəy, siz keşməkeşli bir həyat yaşamısınız. Amerikaya da asanlıqla getməmisiniz. Amerikada Güneyi necə yaşada bilmisiniz?
- Hesab edirəm ki, bu, hər bir insanın öz içində olmalıdır. Biz Azərbaycanın güneyini quzeyini bütöv görməliyik. Azərbaycana olan sevgi beyində, ürəkdə zehniyyətdədir. Azərbaycan bizim üçün şəhər deyil, ana vətəndir. O vətənlə yaşamağa məcburuq. İstər-istəməz xaricdəki hər bir azərbaycanlı hansı ölkədə yaşamağından asılı olmayaraq, gündə bir neçə dəfə azərbaycanlı olduğunu yadına salır. Gözəl millətimiz var. Heç bir millətdən üstün deyilik, həmçinin aşağı da deyilik. Fəxr edilməli keçmişimiz var.
Ötən illər əzində Qarabağ məsələsi başımızı aşağı etmişdi. Millət olaraq narahat idik.
- Yad məmləkətdə boynubükük olmaq daha ağırdır...
- Elə burda da necə başıdik gəzmək olardı?! Çox sevinirəm ki, Qarabağı müzakirə ilə geri almadıq. Qanımızla geri aldıq. Müzakirə ilə almağa çalışsaydıq, yenə də başıaşağı olacaqdıq. Bu gün Azərbaycan o şəhidlərin qanının üstə başıucadır. Polad Həşimov ən təsirli şəhiddir. Heç kim onun qədər bu milləti ayağa qaldırmamışdı. Bu bizim üçün fəxrdir. Bizim adını çəkmədiyim digər şəhidlərimiz var. Allah hamısına rəhmət eləsin.
- Qələbəmizdən sonra regionda vəziyyət tamamilə dəyişib. İran dövlətinin rəsmiləri hər gün əsassız iddialar səsləndirir. Siz həm də yaşınızın ən gənc vaxtında İranda şah rejiminə qarşı mübarizə aparmısız, həbs həyatı yaşamısız. Daha sonra Amerikaya getmisiz. Düşünürəm ki, 1980-ci illərdəki İranla bugünkü İranın Azərbaycana olan münasibətini analiz edə bilərsiniz. İran Azərbaycana qarşı dəyişibmi, yoxsa, siyasət elə həminki siyasətdir?
- 18 yaşıma İranda keçmişəm. Orada böyümüşəm. İran dedikdə Güney Azərbaycanı, Ərdəbil, Muğan və Meşkini nəzərdə tuturam. Orta məktəbi bitirmədən məcbur olub oradan çıxmışam. 4 il Avropa və Türkiyədə yaşayandan sonra Amerikaya getmişəm. Siyasətçi olmasam da, İran rejimi məni siyasiləşdirib.
İran dövlətçiliyinin Azərbaycana qarşı problemi haradan başlayır?! Məsələyə dayaz baxmamaq lazımdır. Amerikada belə atalar sözü var: bir məsələni həll etmək istəyirsənsə, onu kökündən həll et. Üzünü örtməklə olmur.
Elə bilin ki, bir xəstənin dərdini həll etmək yerinə ona ağrıkəsici dərman verirsiz. O ağrı kəsəcək, amma yenə də başlayacaq. İran dövlətinin Azərbaycana qarşı düşmənçiliyi zehniyyətdən, düşüncədən irəli gəlir. Bu təkcə Azərbaycan deyil, türk düşmənçiliyi ilə bağlıdır. Baxın, Firdovsi onların ən məşhur şairidir. “Şahnamə” onların ən mühüm kitabıdır. Şeir də mifologiya da oradadır. Firdovsinin “Şahnamə”si İran-Turan savaşıdır. Kök buradadır.
Şüuriyyə hərəkatı tarixdə İranın farsçı qrupunu birinci türklərə, sonra ərəblərə qarşı qızışdırıb.
Baxın, “Şahnamə” budur. Biz min il İrana hakim olmuşuq. Heç zaman nə farsı, nə də digər millətləri əzmişik. Milli kimliyinə, qeyri-millət olduğuna görə kimsə əzilməyib. Amma Pəhləvilər iş başına gələr-gəlməz dilimizi qadağan edərək, tarixi əyalətimizi parçalayıblar.
Hələ ki bura qədər 6 ostanı Azərbaycandan ayırıblar. Ona görə də Azərbaycan müstəqil olanda İran Ermənistanın tərəfini tutdu.
- İranın erməni sevgisi hər gün bir az daha artır...
- İnanın, bu ermənini sevdiyindən deyil. Farslar ermənini də sevmirlər. Bildiyim qədər onların sevdiyi bir millət yoxdur. Amma praqmatik öz milli maraqlarını qorumaq üçün “düşmənimin düşməni mənim dostumdur” siyasətini aparırlar. Ermənistan həm Türkiyə, həm də Azərbaycanla düşməndir.
- Amma İran 30 ilə yaxın müddətdə Qarabağda məscidlərə qarşı edilən vəhşiliklərə göz yumdu.
- İcazə verin etiraz edim sizə. Göz yummadılar, dəstəklədilər. Kaş ki göz yumaydılar, ermənilərə dəstək verməyəydilər. Amma dəstək verdilər. Cinayət burdadır. Biz iddia etmirik ki, müsəlman dövlətiyik. Biz demokratik, unitar dövlətik. Amma İran iddia edir.
- Bizim də tələbimiz budur. Biz də hansısa müsəlman ölkəsindən “məscidlərimizə edilən vəhşiliyin qarşısını alın” tələbini qoymamışıq.
- Atalar sözü var: ya göründüyün kimi ol, ya da olduğun kimi görün. İşğaldan sonra Azərbaycan torpaqlarının, evlərinin, kəndlərinin dağıdılmasında İran dövlətinin birbaşa əli var. “Dəmir-dümür gətirin, biz ikiqat artıq pul verəcəyik” demələri bəs edirdi. Ermənilər Yerevanı söküb aparmırdılar ki?! Azərbaycan kəndlərini söküb aparırdılar.
Cəbrayılın və ya digər sərhədyanı kəndlərindəki daşları belə İran söküb aparmışdı. Nə Pişəvəri dövrü və Səttarxan hərəkatından sonra, nə də Rza Pəhləvi hakimiyyətə gəldiyi gündən bu günə kimi İran dövlətinin Azərbaycana qarşı siyasətində zərrə qədər dəyişiklik olmayıb və olmayacaq.
Getdikcə bizə düşmən kimi yanaşır. Sadəcə üzdə “dost, qardaşıq” deyirlər. Qardaşlıq sözdə yox əməldə olur.
- 30 ilə yaxın müddətdə İranın Ermənistana yardım kampaniyasına şahidlik edə bilmədiyimizdən sübutumuz da yox idi. Bu gün isə əlimizdə sübutlar var. O səbəbdən ki, artıq ərazilərimizə nəzarət edirik. İran bundan sonra hansı addımları ata bilər?
- Cənab prezident İlham Əliyev bir neçə gün bundan qabaq bildirdi ki, hansısa əyalət mollası ağzını açıb nəsə deyir. Bu olmaz. Yaxud da guya burada İsrail hərbi bazaları var. Hardadır o hərbi bazalar?! İşğaldan azad edilmiş ərazilər hələ ki boşdur və orada heç kim yaşamır. Azərbaycan vətəndaşı o torpaqlara getmək üçün icazə almalıdır.
Bəs o zaman İsrail hardadır?! İran Ermənistanın uduzmasını həzm edə bilmir. İran Naxçıvanla Azərbaycanın arasının açılmasını istəmir. Azərbaycanı bir növ asılı saxlamaq istəyir. Amma o olmayacaq. Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Azərbaycan 2019-cu ildəki Azərbaycan da deyil. Zaman dəyişib.
Bunu görmək istəmirlər və pozuculuq siyasəti həyata keçirməyə çalışırlar. Ərdəbilin imam cüməsi nə deyirsə, İran dövlətinin fikridir.
Çünki Ərdəbilin İran imam cüməsi dövlət məmurudur. Dövlətin siyasətini həftənin cümə günü millətə demək onun vəzifəsidir. O sözləri özü demir. Cümə namazının həftəlik xütbələrində danışılan siyasi söhbət Tehrandan təyin olunur. Xameneinin ofisi var.
Bütün cümə namazlarının siyasi fikirləri oradan təyin olunur. Bu rəsmidir. Onun üçün də Həsən Amulinin sözü Ayətullah Xamnneyinin və İran dövlətinin sözüdür. İranın Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejadın vəzifəsi mollalıqdır. Halbuki, səfirdən daha önəmlidir.
Çünki o Xamneyinin nümayəndəsidir. Onu da burdan qovmaq lazımdır. O burada nə iş görür?! Bizim İranda səfirimizdən başqa ayrıca nümayəndəmiz varmı? Bizim İranda kültür mərkəzimiz yoxdu, amma onlar bura molla göndərib. Onlar burada fitnə ilə məşğuldur.
Azərbaycanın içində olan bəzilərinin beyinlərini planlı şəkildə yumaqla məşğuldurlar. Həsən Amili İrandan, Ocaqnejad da burdan deyir. Fərqi odur ki burdakı yumşaq formada deyir. Çünki buradadır. Bu iş görür, danışmır.
Onlar deyir ki, “İsrail bizimlə sərhədə gəlməsin. Niyə Azərbaycanın İsraillə əlaqəsi var?”. Bir güneyli olaraq soruşuram: Ermənistanın İsraillə əlaqəsi yoxdumu? Niyə onlarınkı həssas deyil? Hətta Ermənistanın İsraildə səfirliyi də var.
- Amma Azərbaycanın İsraildə səfirliyi yoxdur.
- Olmalıdır. Niyə də olmasın. İran Ermənistana köməklik edir. İsrail Azərbaycana silah satır. O da Azərbaycana kömək edir. İsrail lobbisi dünyada Azərbaycanın tərəfini tutur. O zaman mən niyə İsrailin tərəfini tutmayım?! Əgər bizim əlaqələrimiz İranı qıcıqlandırırsa, o zaman Rusiyanın da, Ermənistanın da əlaqəsi onları qıcıqlandırmalıdır.
- İranda Güney Azərbaycan xofunun olması barədə də iddialar var. Sizcə bu nə dərəcədə doğrudur?
- Bütövlükdə İran Azərbaycandan qorxmağa başlayıb. İran hay-küy salmaqla heç bir işi qabağa apara bilməz. İran dövləti bilir ki, Azərbaycan tərəfə bir güllə atdığı an sonunun rəsmən başlanması olacaq. Onsuz da molla rejimi İranı parçalayır.
Çünki irqçilik edir. Ərəbin, kürdün, azərbaycanlının hüququnu pozur.
İstər-istəməz gec-tezi var, İran dağılacaq. Amma güllə atarsa, bunu sürətləndirər. Bu gün Güney Azərbaycan da 30 il əvvəlki deyil. Bəlkə sizə qəribə gələcək. Arzu edərdim ki, İran bu manevrləri hər 4-5 aydan bir etsin. Çünki Güneyi oyadır. Bu məsələlərdən sonra nə qədər güneyli ayağa qalxıb.
Ordunun içində olan azərbaycanlılar bozqurd işarəsi verirlər ki, narahat olmayın. Bu gün İran Arazın o tayında manevr etməsi ilə guya Azərbaycana gözdağı verir. Əslində İran özü qorxur. Bu cür manevrləri tez-tez edərsə, həm Güneyin, həm də Quzeyin xeyrinə olacaq...
Ayxan
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda ərzaq qiymətləri 128 faizi keçdi
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir