SON XƏBƏRLƏR

Kalın ABŞ rəsmisilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi

2022.02.02, 08:20
Kalın ABŞ rəsmisilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi

Gunaz.tv

Tərəflər Azərbaycan və Ermənistan arasında davamlı sülhün vacibliyini vurğulayıblar.

Danışıqlar zamanı ikitərəfli münasibətlər, xüsusilə siyasət, iqtisadiyyat və müdafiə məsələləri, Ukrayna böhranı, Ermənistanla normallaşma prosesi və digər regional məsələlər müzakirə edilib.

Türkiyə ilə ABŞ arasında razılaşdırılan Birgə Strateji Mexanizmin təfərrüatları və mövzularının müzakirə edildiyi danışıqlarda iki ölkə arasında real, planlı və davamlı dialoqu təmin edəcək mexanizmin ən qısa zamanda həyata keçirilməsinin vacibliyi xatırlanıb.

Danışıqlar zamanı Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həlli istiqamətində səylərin müzakirə edildiyi bildirilib və Türkiyənin NATO müttəfiqi olaraq böhrandan çıxmaq üçün hər cür dəstəyi davam etdirəcəyi qeyd olunub. (modern.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar