SON XƏBƏRLƏR

Paşinyan Azərbaycanla sülh sazişini Şarl Mişellə müzakirə edib

2022.04.19, 09:38
Paşinyan Azərbaycanla sülh sazişini Şarl Mişellə müzakirə edib

Gunaz.tv

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər aprelin 6-da Azərbaycan prezidenti ilə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan və Mişel həmçinin Aİ-nin Şərq Tərəfdaşlığı əməkdaşlığı və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişlərin icrasını müzakirə edib.

Mişel investisiya proqramı üzrə öhdəlikləri tam yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və layihələrin praktiki icrasına tez başlanmasının vacibliyini qeyd edib. (azpost.info)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar