SON XƏBƏRLƏR

Təbrizli milli fəal Kərim İsmayılzadə məhkəməyə çağırılıb

2022.09.02, 04:20
Təbrizli milli fəal Kərim İsmayılzadə məhkəməyə çağırılıb

Gunaz.tv

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Təbrizdə yaşayan milli fəal və tanınmış idmançı Kərim İsmayılzadəyə zəng edərək onu idarəyə çağırıblar.

Özünün sosial media hesabında bu barədə paylaşım edən fəal hansı səbəbə görə çağrıldığını bilmədiyini və məmurların açıqlama vermədiklərini yazıb.

Kərim İsmayızadə bundan öncədə sosial mediada etdiyi paylaşımlara, Urmu gölü ilə bağlı aksiyalara qatıldığına və mədəni fəaliyyətlərinə görə saxlanılıb və təzyiqlərə məruz qalıb.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar