SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində "12 Şəhrivər Bəyannaməsi"nin ildönümü ilə bağlı aksiya keçirilib

2022.09.03, 07:32
Güney Azərbaycan şəhərlərində "12 Şəhrivər Bəyannaməsi"nin ildönümü ilə bağlı aksiya keçirilib

Gunaz.tv

Üzərində "12 Şəhrivər Güney Azərbaycanın təşkilatlanma günü", "Azərbaycan Demokrat Firqəsi” və “12 Şəhrivər 1324" (1945-3 Sentyabr) yazılmış posterlər əhalinin diqqətini 1945-ci ildə yaradılmış Azərbaycan Milli Hökumətinə cəlb etmək məqsədi ilə paylanılıb.

Qeyd edək ki, 12 Şəhrivər Bəyannaməsinin 47 nəfər tərəfindən imzalanması İran tarixi ilə 1324-cü il Şəhrivər ayının 12-ə, miladi təqvim ilə 1945-ci ilin sentyabr ayının 3-ə təsadüf edir. 

Bu bəyannamə sonradan Azərbaycan Milli Hökumətini quran Azərbaycan Demokrat Firqəsinin yaradılmasını elan edən bir sənəddir.

Firqənin məramı Bəyannamədə “Şüarlar” adı ilə əks olunmuşdu.

Bu şüarlarda göstərilirdi ki, əsas məqsəd Azərbaycanı azad etmək, Azərbaycana İran hüdudları daxilində muxtariyyət vermək, Azərbaycan kəndlilərinə torpaq verməkdir. 

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar