SON XƏBƏRLƏR

Milli fəal Arəş İffəti girov qarşılığında azadlığa buraxılıb

2022.10.24, 07:52
Milli fəal Arəş İffəti girov qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

Təhlükəsizlik məmurları fəalı həbs etdikləri zaman onun evində axtarış aparılıb, ona məxsus kompüteri, telefonu, kitabı, seyfi və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Ona qarşı hansı ittihamların irəli sürüldüyü və məhkəməsinin nə zaman olacağı barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, son bir neçə həftə ərzində Güney Azərbaycan bölgələrində minlərlə etirazçı həbs edilib.

Onların dəqiq sayı bilinməsə də, bir neçə gün bundan öncə hazırda həbsdə olan güneyli vəkil Sina Yusifi 25 gün ərzində yalnız Təbrizdə 1700 nəfərin saxlanıldığını bildirmişdi.

O, bu barədə məlumat yaydıqdan və məhbusların hüquqlarını müdafiə komitəsi yaratmaq istədikdən sonra daha başqa iki vəkillə birlikdə həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar