SON XƏBƏRLƏR

İranın Livana hədiyyəsinə Amerikanın reaksiyası: "İrandan yanacaq yardımı almaq qadağandır"

2022.11.10, 10:09
İranın Livana hədiyyəsinə Amerikanın reaksiyası: "İrandan yanacaq yardımı almaq qadağandır"

Gunaz.tv

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah son çıxışında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı razılaşmanı izah edərkən İranın Livana yanacaq yardımı məsələsini xatırladıb və deyib.

Nəsrullahın sözlərindən bir neçə gün sonra Amerika rəsmi olaraq Livana məlumat verdi ki, o, İranın hədiyyəsini qəbul edə bilməz. Çünki İran nefti necə dəyişdirilməsindən, azad və ya kommersiya xarakterli olmasından asılı olmayaraq ABŞ sanksiyalarına məruz qalır

Bu, 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə Amerikanın İranın nüvə sazişindən çıxmasından sonra Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi qaydalara əsasən edilib.

Qeyd edək ki, noyabrın 9-dan 10-a keçən gecə İraq-Suriya sərhəddindəki Əlqaim məntəqəsində Livana neft daşıyan İrana məxsus yanacaq tankerlərinə hava hücumu edilib.

Hücum nəticəsində İrana bağlı yarım hərbi qruplaşma üzvlərinin 25 nəfərinin öldüyü, 21 nəfərinin isə yaralandığı bildirilib.

İran mediası bunu dron hücumu adlandırsa da, İraq və başqa bir neçə xarici media hava hücumunun Amerikanın qırıcıları vasitəsilə həyata keçirildiyini qeyd ediblər.

Bununla yanaşı İran və İraqın bir neçə media orqanı hava hücumunun İsrail tərəfindən edildiyini bildiriblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar