SON XƏBƏRLƏR

"İranın qonşularına hücum etmək fikri yoxdur"- Xameneyinin müşaviri Azərbaycanla bağlı açıqlama verdi

2022.11.20, 20:08
"İranın qonşularına hücum etmək fikri yoxdur"- Xameneyinin müşaviri Azərbaycanla bağlı açıqlama verdi

Gunaz.tv

O, İranın Azərbaycanla müharibə etmək fikri olmadığını deyib və bunun İrana qarşı böhtan xarakterli təbliğat olduğunu söyləyib.

Vilayəti panfarsist cərəyanların başqa xalqlarla, özəlliklə azərbaycanlılarla bağlı iddialarını təkrar edərək, azərbaycanlılarla iranlıların eyni dildən və irqdən olduqları barədə fikirlər səsləndirib.

"İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır",-deyə, Xameneyinin müşaviri bildirib.

O, İlham Əliyevin Azərbaycan Respublikasından kənarda yaşayan 40 milyon azərbaycanlılarla bağlı fikirlərinə üstörtülü şəkildə cavab verməyə çalışıb.

"Bu gün yüksək səslə elan edilməlidir ki, İrandan kənarda olmasına və başqa pasport daşımasına baxmayaraq, hər bir azəri (azərbaycanlı) iranlıdır, hər iranlı da azərbaycanlıdır",-deyə, Əliəkbər Vilayəti iddia edib.

Əslində İran rəhbərinin ali müşavirinin bu fikirləri xüsusən son aylar yenidən təbliğ edilməyə başlanan köhnə "İran-fars dili və mədəniyyəti coğrafiyası" nəzəriyyəsinə əsaslanıb. 

Bu nəzəriyyəni irəli sürənlər Qafqaz ölkələrinin, xalqlarının da fars dili coğrafiyası sərhədlərinə daxil olduğunu və bu bölgədə fars dilinin təbliğ olunması, yayılmasının vacibliyini bildirirlər.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar