SON XƏBƏRLƏR

İranlı din xadimləri etirazçıların edamını istəyir

2022.12.24, 13:43
İranlı din xadimləri etirazçıların edamını istəyir

Gunaz.tv

İranın Qum Seminariyasının Müəllimləri İcması ölkənin məhkəmə rəsmilərini etirazçılara qarşı daha qətiyyətli cəza tədbirləri görmələrini və onlar barəsində çıxarılan edam hökmlərinin təcili icra edilməsini istəyiblər.

Dekabrın 23-də yayılan bəyanatda din xadimləri etirazçıların edamının başqalarına ibrət dərsi olacağını və ölkənin problemlərinin həlli istiqamətində yeni imkanlar yarabacağını iddia ediblər.

Qeyd edək ki, bundan əvvəl Əli Xameneyi və digər yüksək rütbəli İran ədliyyə rəsmiləri, o cümlədən ədliyyə sisteminin başçısı və ölkənin baş prokuroru hakimlərdən “ölüm hökmü” və uzunmüddətli həbs cəzalarından istifadə etməyi tələb etmişdilər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar