SON XƏBƏRLƏR

İranda öldürülən etirazçı sayı 507-ə çatdı

2022.12.28, 06:30
İranda öldürülən etirazçı sayı 507-ə çatdı

Gunaz.tv

Qurum yaydığı məlumatda 17 sentyabrdan 27 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18 533 nəfərin saxlanıldığı bildirilir. Onlardan 4 108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil.

Eyni zamanda, həbs olunan 665 nəfər tələbədir. 

Həmçinin bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar