SON XƏBƏRLƏR

Ned Prays: "İranda bəhailərin hədəf alınmasına son qoyulmalıdır"

2022.12.28, 12:08
Ned Prays: "İranda bəhailərin hədəf alınmasına son qoyulmalıdır"

Gunaz.tv

“Bu ayın əvvəlində İran iki bəhai qadını dini ayinlərini yerinə yetirdiklərinə görə 10 il həbs cəzasına məhkum etdi”, deyə, Prays dekabrın 27-də yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü daha sonra “İranda bəhailərə basqılara, müəssisələrinin bağlanmasına və əmlaklarınının məhv edilməsi yolu ilə hədəfə alınmalarına” son qoymağa çağırıb.

O, bu tvitini ingilis dilində "İnsan hüquqlarının müdafiəsi" mövzusunda heştəgi ilə paylaşıb.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. 

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Cavidan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar