SON XƏBƏRLƏR

ABŞ-da yaşayan diaspor aktivləri Həmrəylik Günü və Yeni il bayramını qeyd ediblər

2022.12.31, 10:55
ABŞ-da yaşayan diaspor aktivləri Həmrəylik Günü və Yeni il bayramını qeyd ediblər

Gunaz.tv

Nyu-York Azərbaycan Assosiasiyasının təşkil etdiyi gecədə ABŞ-ın müxtəlif şəhər və ştatlarında yaşayan həmvətənlərimiz iştirak ediblər.

Çıxışlarda bildirilib ki, bu tarixin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun imzası ilə təsis edilən Həmrəylik Günü dünyada yaşayan soydaşlarımızın milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Qeyd olunub ki, ABŞ-da yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması bu ölkədə yaşayan hər bir azərbaycanlının amalı olmalıdır.

Gecədə çıxış edən Azərbaycan Xalq Cümhuriyyətinin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə bildirib ki, ümummilli lider Heydər Əliyev memarı olduğu güclü Azərbaycan diasporu onun layiqli davamçısı İlham Əliyevin səyləri nəticəsində daha da güclənib.

S.Əlizadə Prezident İlham Əliyevin təsis etdiyi “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunduğuna görə ölkə başçısına təşəkkür edib.

Təntənəli tədbirdə Türk Sənət Musiqisinin ifaçısı, TRT İstanbul radiosunun solisti Selma Geçerin ifasında “Sarı gəlin”, "Çırpınırdı Qara dəniz" və ABŞ-da fəaliyyət göstərən gənc musiqiçi Samirin ifasında Azərbaycan milli musiqiləri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Gecədə tanınmış skripka ifaçısı maestro Ceyhun solo proqramla çıxış edib. Musiqiçinin ifa etdiyi əsərlər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə gənc rəqqasə, musiqi gimnaziyasının məzunu Arifə Axundova Azərbaycan milli rəqslərini layiqincə ifa edib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar