SON XƏBƏRLƏR

İranda narazı tələbələr Universitetlərdən qovulur

2023.02.11, 10:46
İranda narazı tələbələr Universitetlərdən qovulur

Gunaz.tv

Bəndər Abbas Tibb Elmləri Universitetinin İntizam Komitəsi etiraz aksiyalarına qoşulan tələbələrə qarşı müxtəlif cəza tədbirləri tətbiq edib.

Onlardan bir neçəsinin təhsilini davam etməsi qadağan edilib, bəzilərinin isə başqa şəhərlərə sürgün edilməsi və təhsillərini fərqli şərtlər altında davam etdirmələri barədə qərar çıxarılıb.

İki gün bundan əvvəl İran Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı məlumatda daha iki müəllimin və 16 tələbənin universitetdən qovulması bildirilib.

Məlumatda qeyd edilib ki, Zabol Universitetinin tələbə və müəllimləri etiraz aksiyalarında iştirak etdikləri üçün Universitetdən qovulublar.

Qeyd edək ki, son aylar etiraz aksiyalarında iştirak edən 720 tələbə həbs edilib, ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb və onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar