SON XƏBƏRLƏR

Əhərdə həbsdən çıxan milli fəalla görüş keçirilib

2023.02.13, 10:59
Əhərdə həbsdən çıxan milli fəalla görüş keçirilib

Gunaz.tv

Bir qrup zəncanlı mədəni fəal Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinə gedərək Təbriz zindanından buraxılan ana dili hərəkatı fəalı ilə görüşüblər.

Onlar Azərbaycan dili və mədəniyyəti ilə bağlı fikir mübadiləsi aparıb, zənganlıların Əkbər Əbülzadə və başqa mədəni fəallara dəstəklərini ifadə ediblər.

Əkbər Əbülzadə 2022-ci il iyunun 7-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində həbs edilib və iyulun 20-də Təbriz zindanına köçürülmüşdü.

Əkbər Əbilzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.

Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar