Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
Britaniyada iki iranlı casusluqda təqsirli bilindi
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
İranın 11 əyalətində qaz kəsintiləri olacaq
Pezeşkian və Ərdoğan görüşdü
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Yanvar ayının 27-si səhər saatlarında ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilən məlum terror hücumu bu çirkin siyasətin davamı, dərin keçmişə söykənən, lakin “dostluq və qardaşlıq” pərdəsi arxasında gizlənən düşmənçilik mövqeyinin yeni və kəskin ifadəsi kimi özünü aşkar formada nümayiş etdirdi.
Səfirliyimizə qarşı törədilən bu hücum Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən kəskin etiraza səbəb oldu. Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi ilk andan hadisəni terror adlandırmaqla bu qanlı hadisəyə qəti və dəyişməz mövqeyini bildirdi. Ölkəmizin İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırılmasına, səfirlik əməkdaşlarının, eləcə də onların ailə üzvlərinin acilən təxliyəsinə qərar verildi.
Həyata keçirilmiş bu tədbirlər Azərbaycanın İran hökumətinə olan güvən və etimadının bitdiyinin aydın göstəricisi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə qarşı törədilən silahlı hücumla bağlı rəsmi “Twitter“ hesabında paylaşım edərək törədilmiş terror aktını şiddətlə qınadığını, günahkarların cəzalandırılmasını tələb etdi:
“Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!"
Bu rəsmi münasibət qarşı tərəfin cinayəti ört-basdır etmək, onu məişət səviyyəsinə yendirmək səylərinə cavab olaraq, hadisənin sırf terror aktı olduğuna dair ən ali səviyyədə verilən layiqli qiymət idi.
Həmçinin dünya ölkələri, beynəlxalq qurumlar, təşkilatlar, hətta BMT səviyyəsində İran hakimiyyətinin diplomatik və hüquqi kontekstdə cavabdehliyinin dərindən dərk edilməsi məqsədilə bu çirkin hadisəyə düzgün siyasi qiymət verildi, şiddətlə qınandı.
18 aprel 1961-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək, dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, eyni zamanda, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən etmək məqsədilə qəbul edilmiş ali beynəlxalq hüquqi sənəd (giriş hissə və 53 maddədən ibarət) olan Vyana Konvensiyasına əsasən hər bir dövlətin digər dövlətdə olan səfirliyi həmin dövlətin ərazisi hesab edildiyindən toxunulmazdır və hər bir dövlət onun mühafizəsinə, təhlükəsizliyinə hüquqi məsuliyyət daşıyır.
Belə ki, “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndində deyilir:
“Nümayəndəliyi hər cür hücumlardan və zərərlərdən qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.”
Lakin görünür, müasir dünya sivilizasiyasından özünü təcrid edən, hələ də saxta dini-siyasi ideoloji əsasda mağara üsuli-idarəsi ilə ölkəni idarə edən ibtidai düşüncə tərzli fars rejimi üçün bu kimi beynəlxalq hüquqi öhdəliklər yetərli sayılmır.
Qeyd edək ki, İrandan fərqli sivil və demokratik dövlət olaraq respublikamızda məlum dövlətin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən digər xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri, onların hər bir əməkdaşının təhlükəsizliyi beynəlxalq öhdəliklər və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə, yüksək səviyyədə təmin olunur.
Eyni zamanda, Azərbaycan tərəfi olaraq bizlər hər zaman öz mövqeyimizi aşkar şəkildə ifadə etmişik – bütün dövlətlərlə qarşılıqlı hörmət və ehtirama əsaslanan əməkdaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək. Bu bizim açıq və aydın dövlət siyasətimizdir. Bu siyasət ölkəmizin qonşu ölkələr ilə də bağlı sabit və dəyişməz mövqeyidir.
Biz haqlı tərəf olaraq qarşı tərəfdən də sözdə deyil, əməldə də üzərinə götürdüyü öhdəlikləri icra etməsini gözləyirik. Bu bizim təbii və qanuni haqqımızdır. Ancaq indiki situasiyada İran tərəfinin bu silahlı faciənin qarşısını almaması və ya almaq istəməməsi fonunda gözləntimiz ondan ibarətdir ki, qarşı tərəf bu qanlı terror hadisəsini törədən şəxs və onun arxasında duran, onu himayə edən qüvvələrin, cinayətin təşkilatçılarının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində çox ciddi araşdırmalar aparsın, əməli tədbirlər görsün.
Lakin məlum qanlı hadisədən xeyli müddət keçməsinə baxmayaraq, İran tərəfinin baş vermiş aşkar terror aktına müəyyən məişət zəmini motivi yükləmək səyləri, istintaqın gedişi ilə bağlı Azərbaycan tərəfinə heç bir informasiya verməməsi, terrorçunun psixi pozğunluqlardan əziyyət çəkmiş zavallı şəxs kimi psixoloji dispanserə yatırması, hələ də dövlət səviyyəsində ölkəmizdən üzr istəməməsi və digər bu kimi faktlar məlum hadisənin bilərəkdən və düşünülmüş şəkildə həyata keçirildiyini, dövlət səviyyəsində qanlı terror hadisəsinin dəstəkləndiyini, himayə olunduğunu təsdiq edir.
Ümumilikdə isə son zamanlar İranda ölkəmizə qarşı qərəzli və düşmən ritorikasının sərtləşməsi, Azərbaycanla sərhəddə Araz çayı boyunca keçirilən təxribat xarakterli hərbi təlimlər rejimin ölkəmizə qarşı yürütdüyü anti-Azərbaycan siyasətinin əsl mahiyyətini əyani şəkildə nümayiş etdirir. Bu mənada ölkəmizə qarşı davam edən təhdidlər fonunda törədilən məqsədli xain terror hücumu onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirməyə xidmət etmiş oldu.
Bizlərə yaxşı məlumdur ki, yalnız Tehrandakı səfirliyimizə deyil, Londondakı Azərbaycan səfirliyinə qarşı törədilən təxribatın da arxasında məhz eyni qüvvələr dayanır.
Eyni zamanda, ölkəmizdə dünyəvi dövlətçiliyimizə qarşı din pərdəsi altında daxili sabitliyi pozmaq, iğtişaşlar törətmək məqsədilə xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi formalaşdırmaq cəhdlərinin də şahidi oluruq.
Lakin İran tərəfi anlamalıdır ki, regionun sabitlik adasına çevrilən Azərbaycanda mövcud vəziyyəti dəyişmək, öz məkrli planlarını reallaşdırmaq cəhdləri baş tutmayacaqdır. Çünki bu gün ölkəmizdə xalq-iqtidar birliyi, Azərbaycan xalqının müdrikliyi, ali siyasi iradə və düzgün idarəetmə sistemi bu sahədə maraqlı qüvvələrin bütün mənfur planlarını al-üst edəcəkdir.
Uzun illərdir Arazın o tayında yaşayan 40 milyona yaxın cənublu soydaşımız şovinist molla rejimi tərəfindən sistematik olaraq təzyiqlərə məruz qalır, doğma ana dillərində təhsil almaq imkanından məhrum edilir, milli kimliklərinin unutdurulmasına, assimilyasiyaya uğramasına çalışılır.
Öz təbii haqqlarını, milli hüquqlarını tələb edənlər isə qəddar rejim tərəfindən həbs olunur və ya edam edilir, ailələri, yaxınları isə mütəmadi təqib və təzyiqlərə, qeyri-insani qadağalara məruz qalırlar. Hazırda İranın siyasi rejiminin əzablarına düçar olmuş, baş götürüb dünyanın müxtəlif ölkələrinə pənah aparmış minlərlə mühacir cənublu soydaşımız vardır.
Azərbaycan hər zaman beynəlxalq müstəvidə dünya azərbaycanlılarının, xüsusilə cənublu soydaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ən ali səviyyədə dəyişməz münasibət sərgiləmiş, onların müdafiəsinə qalxmışdır.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 noyabr 2022-ci il tarixdə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı zamanı açıq şəkildə bildirmişdir:
“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.”
Otuz ilə yaxın davam etmiş işğal dövründə haqsızlığa göz yuman, tarixi-mədəni abidələrimizin məhv edilməsinə, müqəddəs məkanlarımızın təhqir edilməsinə, məscidlərin tövlə kimi istifadəsinə susqunluq nümayiş etdirən riyakar İran rejimi nədənsə indiki dövrdə daha aktiv şəkildə davranır, ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığından dəm vurur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2022-ci il tarixdə ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı qeyd etdiyi kimi:
“İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır.
Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə, hər cür anti-Azərbaycan addımına cavab verəcəyik”.
Hələ də imperiya xəyalları ilə yaşayan, Azərbaycanı “Şimali İran” adlandıran şovinist İran hakimiyyəti anlamalıdır ki, son min ildə bu coğrafiyada yaranmış bütün dövlətlər – Böyük Səlcuqilər, Hülakilər (Elxanilər), Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk dövlətləri olmuş, türklər tərəfindən idarə edilmişdir. Bu tarixi gerçəklikləri nə qədər saxtalaşdırmağa çalışsalar da, ona müvəffəq olmayacaqlar.
Geosiyasi dəyişikliklərin qəbuledilməzliyi bəhanəsi ilə Zəngəzur dəhlizini Turan yolu adlandırmaqla əslində indiki rejim türk dövlətləri arasında genişlənməkdə olan qardaşlıq münasibətlərinin inkişafı fonunda böyük Türk birliyindən doğan qorxusunu aşkar şəkildə biruzə verir.
Görünür, riyakar rejim hələ də İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılan tarixi Zəfər nəticəsində regionda formalaşan yeni geosiyasi reallıqları həzm edə bilmir.
Eyni zamanda, İranın mövcud siyasi rəhbərliyi uzun illərdir öz qurduqları sistemin yarıtmazlığı səbəbindən ölkədə tuğyan edən daxili böhrandan yayınmaq, xaricdə yeni düşmən axtarışı bəhanəsi ilə əhalini manipulyasiya etmək məqsədi güdür.
Lakin terrorçu zehni ilə hərəkət edən molla rejimi anlamalıdır ki, bu qısqanclıq hisslərindən yaranan düşmənçilik mövqeyi onun daha çətin və çıxılmaz hallarla üzləşməsinə gətirib çıxaracaqdır.
Coşqun MƏMMƏDOV
AMEA Rəyasət Heyətinin elmi katibi
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya