SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ekoloji fəlakət: Münbit torpaqlar səhralığa çevrilir

2023.04.12, 07:41
Şərqi Azərbaycanda ekoloji fəlakət: Münbit torpaqlar səhralığa çevrilir

Gunaz.tv

Onun dediyinə görə, Şərqi Azərbaycan əyalətində yağıntılar 23 faiz, çay suları və başqa təbii axıntı suları isə 45 faiz azalıb.

O, hazırda Şərqi Azərbaycanın yağıntı səviyyəsinə görə ölkə əyalətləri arasında son cərgələrdə qərar tutduğunu və səhralıq bölgələrə eyni vəziyyətə düşdüyünü deyib.

Bundan bir müddət əvvəl əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı Məhəmməd Xani də oxşar fikirlər səsləndirib.

"Şərqi Azərbaycanda son illərin ən az yağışlı qışı yaşanıb və bu vəziyyət əyalətin kənd təsərrüfatın, sənaye mərkəzləri və vətəndaşların içməli su təchizatı sahəsində bir çox problemlərlə üzləşməsinə səbəb olacaq",-Xani bildirib.

O, bundan öncə, əyalətin 700 kəndində ciddi su çatışmazlığı olduğunu, bu səbəbdən Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını deyib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar