SON XƏBƏRLƏR

Tərtərdə mina partlayışında 3 nəfər ölüb, cinayət işi başlanılıb

2023.04.28, 21:02
Tərtərdə mina partlayışında 3 nəfər ölüb, cinayət işi başlanılıb

Gunaz.tv

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, ilkin araşdırma zamanı partlayış nəticəsində zərərçəkmiş şəxslərin "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar