SON XƏBƏRLƏR

Urmuda narkomanların sayı artır

2023.05.09, 22:03
Urmuda narkomanların sayı artır

Gunaz.tv

Güneyli sosial media fəallarının mayın 9-da yaydıqları fotolarda Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində bir qrup insanın ictimai yerdə narkotik maddədən istifadə etdikləri əks olunub.

Fəallar narkotik maddə aludəçilərinin Urmu şəhərinin tarixi Cümə məscidi həyətində uyuşdurucu maddələr qəbul etdiklərini yazıblar.

Bir müddət öncəyə kimi narkotik istifadəçiləri şəhər ətrafı bölgələr və gözdən uzaq yerlərdə bununla məşğul olurdular.

Son vaxtlar isə bu, ictimai yerlərdə, parklarda və tarixi məkanlarda adi hal alıb.

Qeyd edək ki, bundan bir neçə il öncəyə kimi Güney Azərbaycan bölgələri İranda ən az narkomanın olduğu bölgə sayılırdı.

Bu, artıq dəyişməkdə və Azərbaycan şəhərlərində də narkotik maddə istifadəçilərinin sayı artmaqdadır.

Ekspertlərin fikrincə, narkomaniyanın yayılmasının əsas səbəbi ölkədə fərdi azadlıqların olmaması, yoxsulluğun  və işsizliyin artması və insanların gələcəyə ümidsizliyidir.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar