SON XƏBƏRLƏR

"Ermənistan sülh prosesində maraqlı deyil"-XİN

2023.05.11, 12:44
"Ermənistan sülh prosesində maraqlı deyil"-XİN

Gunaz.tv

"Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir"-açıqlamada belə deyilir.

"Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır", - nazirlikdən qeyd olunub.

Bildirilib ki, Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür: "Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar