SON XƏBƏRLƏR

Ərdəbilli mili fəala 6 il həbs cəzası verildi

2023.05.12, 12:12
Ərdəbilli mili fəala 6 il həbs cəzası verildi

Gunaz.tv

Bu barədə Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi qərar çıxarıb.

“Toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” ittihamı üzrə milli fəala 5 il, “rejim əleyhinə təbliğat”a görə isə 1 il həbs cəzası verilib.

Bununla yanaşı məhkəmə milli fəalın 2 il müddətinə sosial mediada fəaliyyətinə, ictimai təşkilatlarda üzvlüyünə və ölkədən çıxışına qadağa qoyub.

Ramin Əliniya Təzəkənd idarə etdiyi "Gündəm" adlı sosial media kanalında hakimiyyəti tənqid etdiyinə görə rejimin qəzəbinə tuş gəlib.

Qeyd edək ki, 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub.

O, üç həftədən çox həbsdə qaldıqdan sonra 30 noyabrda Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar