SON XƏBƏRLƏR

Təbriz stadionunda aksiya: Qeyri-fars millətləri istiqlala çağırış edib

2023.05.13, 12:09
Təbriz stadionunda aksiya: Qeyri-fars millətləri istiqlala çağırış edib

Gunaz.tv

Güney Azərbaycanın müxtəlif şəhərlərindən qarşılaşmanı izləməyə gələn azərbaycanlı gənclər milli şüarlar səsləndirib.

Bundan başqa stadionda İranda qeyri-fars xalqların birliyinə yönəlik şüarlar səsləndirilib, banerlər qaldırılıb.

"Qeyri-fars xalqların fars şovinizminı qarşı birliyi. Azərbaycan. Əl-Əhvaz, Bəluçistan. İnsanlara azadlıq, millətlərə istiqlal" məzmunlu baner bu qəbildən olan aksiyalarda ilk sayılır.

Qeyd edək ki, bundan öncə Güney Azərbaycan və Əl-Əhvaz (Xuzistan) xalqlarının birgə mübarizəsi və birliyi barədə şüarlar səsləndirilib, plakatlar qaldırılıb.

Bu dəfə bu fikirlər bəluçlarla birlikdə ifadə olunub.

Bundan öncə bir sıra radikal qruplar, təşkilatlar İranda yaşayan qeyri-fars xalqların birliyinə xələl gətirən torpaq iddiaları edib, reallığa uyğun olmayan xəritələr yaymaqla fars şovinizminə qarşı birgə mübarizəyə kölgə salıblar.

Mayın 12-də Təbrizdə qaldırılan banerlər, Azərbaycan, Əl-Əhvaz və Bəluçistan xalqlarının birliyini əks etdirən şüarlar İranda qeyri-fars xalqların birgə mübarizəsinin yeni dövrünün başlanmasından xəbər verir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar