SON XƏBƏRLƏR

"Hökumət Urmu gölünün bərpasında maraqlı deyil"-Millət vəkili

2023.05.14, 14:05
"Hökumət Urmu gölünün bərpasında maraqlı deyil"-Millət vəkili

Gunaz.tv

Mediaya verdiyi müsahibədə millət vəkili Urmu gölünə axan çayların qarşısında hələ də bir neçə bəndin tikilməkdə olduğunu deyib. 

Deputat bildirib ki, bununla da Urmu gölünün tamamilə yox olması reallaşacaq.

"Şərqi Azərbaycan əyaləti quraqlıq və su qıtlığı ilə üzləşib. Urmu gölünə axan çaylar üzərində inşa edilən bəndlər isə heç bir araşdırma aparılmadan aparılmadan tikildiyi üçün problemi həll etmək əvəzinə əlavə ekoloji problemlər yaradıb.

Hazırkı hökumət dövründə Urmu gölünün bərpası ilə heç bir ciddi fəaliyyət yoxdur. Bu, bölgədə insani və ekoloji böhranı şiddətləndirəcək",- Məhəmməd Baqir Bənnai bildirib.

Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub. Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar