SON XƏBƏRLƏR

"Şərqi Azərbaycanda su qıtlığı yaranacaq"- Şirkət başçısından xəbərdarlıq

2023.05.15, 13:13
"Şərqi Azərbaycanda su qıtlığı yaranacaq"- Şirkət başçısından xəbərdarlıq

Gunaz.tv

"Şərqi Azərbaycanda mövcud olan su bəndlərində cəmi 40 faiz su var və yaxın vaxtlarda bu içməli su probleminin şiddətlənməsinə səbəb olacaq"-deyə, Yusif Qafarzadə bildirib.

O, Təbriz şəhərində də içməli su qıtlığının yaşandığını deyib. Onun sözlərinə görə, bunun aradan qaldırılması üçün 500 milyard tümən vəsaitə ehtiyac var.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını və bununla yanaşı əyalətin onlarla şəhərində su qıtlığının yaşandığını bildirib.

"Bir sıra problemlərlə yanaşı susuzluq ucbatından kəndlər boşalır və şəhərlərdə marginallaşma genişlənir.

Bu, belə davam edərsə yaxın vaxtlarda kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalaşmasına səbəb olacaq”-deyə, Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin başçısı qeyd edib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar