SON XƏBƏRLƏR

İranda sosial səfalət: 20 milyon insan minimum imkanlardan məhrumdur

2023.05.19, 12:44
İranda sosial səfalət: 20 milyon insan minimum imkanlardan məhrumdur

Gunaz.tv

Əli Ağaməhəmmədinin bu fikirləri İranda insanların məişət qayğılarının dözülməz dərəcədə ağır olduğunu göstərir. 

“Bəzi rəsmilər belə çatışmazlıqları danır, problemlərin olmadığını iddia edirlər"-Ağaməhəmmədi əlavə edib.

Qeyd edək ki, bir sıra rəsmi statistik məlumatlara əsasən ölkədə yoxsulluq səviyyəsi Ağaməhəmmdinin dediyindən də ağırdır.

İranın Peşə və Sosial İşlər Nazirliyi 2023-cü ilin yanvar ayının əvvəlində İran cəmiyyətinin yoxsulluq səviyyəsi barədə hesabat yayıb.

Nazirlik nəşr etdiyi illik hesabatda cəmiyyətin üçdə birinin yoxsulluq səviyyəsinin 2021-ci ildə “Tam Yoxsulluq Xətti” hədindən də aşağı endiyini bildirib.

Lakin İran əhalisinin acınacaqlı sosial vəziyyəti bununla bitmir.

Rəsmi və beynəlxalq təşkilatların hesabatına əsasən ötən 2 ildə inflyasiya artıb.

Milli valyutanın dəyərdən düşməsi, işsizlik, maaşların inflyasiya ilə müqayisədə az artırılması da ölkədə yoxsulluq səviyyəsini kəskin artırıb. 

Bu hesabla İranda tam yoxsulluq statisikası və ilkin yaşam imkanlarından məhrum vətəndaşların sayı Ağaməhəmmədinin bildirdiyindən 2 qat daha çoxdur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar