SON XƏBƏRLƏR

Xameneyi İranın ən böyük korrupsionerlərindən birini əfv etdi

2023.05.20, 10:29
Xameneyi İranın ən böyük korrupsionerlərindən birini əfv etdi

Gunaz.tv

Ağır ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən Əmmar Salehi İran rəhbəri Əli Xameneyinin əfv fərmanı ilə azadlığa çıxıb.

İran ordusunun keçmiş komandanı general-mayor Ətaullah Salehinin oğlu Əmmar Salehi 2019-ci ilin martında həbs edilmişdi.

Onun məhkumluq dövrünün çox hissəsini həbsxanadan kənarda keçirdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational)  yaydığı hesabata görə, İran korrupsiyanın həcmi və miqyasına görə dünyanın 180 ölkəsi arasında 150-ci yeri tutur.

Korrupsiyanın miqyası və həcminə görə İranın Qvatemala, Qvineya və Tacikistanla bərabər olduğu bildirilir.  

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar