SON XƏBƏRLƏR

Dünya Səhiyyə Təşkilatı yeni pandemiya ilə bağlı xəbərdarlıq edib

2023.05.24, 13:15
Dünya Səhiyyə Təşkilatı yeni pandemiya ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

Tedros Adhanom Qebreyesus üzv ölkələrdən növbəti pandemiyaya hazırlıq tədbirlərinin yenidən gözdən keçirilməsini tələb edib. 

O, həmçinin üzv ölkələrdən təşkilatın büdcəsinin artırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini istəyib.

“Növbəti pandemiyanın qarşısını almağa xüsusi danışıqların aparılması zamanı çatıb. Bu məsələni gecikdirə bilmərik”-Adanom Qebreyesus bu sözləri BMT-nin Baş Assambleyasının iclası zamanı deyib.

Qebreyesus deyib ki, növbəti pandemiya tezliklə olacaq və bu barədə gərəkən hazırlıq tədbirlərinin görülməsi vacibdir.

Qeyd edk ki, Dünya Səhiyyə Təşkilatının 194 üzvü hal-hazırda məcburi qanunlara yenidən baxılması barədə danışıqlar aparır.

Həmçinin qarşıdakı ildə qərara alınacaq daha ayrıntılı bir konvensiyanın üzərində işləyir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar