SON XƏBƏRLƏR

İranda son 79 ilin ən yüksək inflyasiyası yaşanır

2023.05.25, 12:23
İranda son 79 ilin ən yüksək inflyasiyası yaşanır

Gunaz.tv

"Bu ilin ilk ayında inflyasiyanın səviyyəsi 68,6%-ə çatıb. Keçən ilin mart ayında inflyasiya rekord həddə çataraq 65,2% təşkil edib ki, bu da o vaxta qədər ən yüksək inflyasiya səviyyəsi olub",- iqtisadçı yazıb.

Bir müddət əvvəl isə Beynəlxalq Bank, investisiya və makroiqtisadi siyasətin təhlili üzrə mütəxəssis Əli Sədvəndi İran hökumətinin məsuliyyətsiz xərcləmələrinin ölkəni bugünkü acınacaqlı vəziyyətə gətirib çıxardığını və İranda bəşər tarixində ən uzun inflyasiya dövrünün qeydə alındığını deyib.

O, İranda 52 ildir inflyasiyanın davam etdiyini və yeni günəş ilində də bunun ötən illərdə olduğu kimi davam edəcəyini söyləyib.

Sədvənd İranın bank sistemində monopoliyanın formalaşdığını və onlar xalqın vəsaiti hesabına güc sahiblərinə xidmət etdiklərini bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar