SON XƏBƏRLƏR

Səfirliyə hücum edən şəxs İranda nazirin müşaviri oldu

2023.06.14, 16:50
Səfirliyə hücum edən şəxs İranda nazirin müşaviri oldu

Tehranda Britaniya səfirliyinə həmlə edən Müctaba Əmini İranın islam mədəniyyəti və irşad nazirinin məsləhətçisi vəzifəsinə təyin edilib.

Gunaz.tv

Bununla bağlı İranın islam mədəniyyəti və irşad naziri Məhəmməd Mehdi İsmayili əmr imzalayıb.

Qeyd edək ki, Müctaba Əmini 2011-ci ildəTehranda Britaniya səfirliyinə həmlənin əsas təşkilatçılarından biri olub. 

Olayla bağlı dərc edilmiş şəkildə həmin onun səfirliyə həmlə edənlərin pişnamazı olduğu görünür.

Qeyd edək ki, Əmini indiki prezident İbrahim Rəisini himayə edən “İncəsənət Xadimləri Seçkilər Qərargahının” sədri, həmçinin ötən il hökumətin “Fəcr” Film Festivalının katibi olub.

Əmini həmçinin aksion janrında çəkilmiş “Qando” serialının prodüseri olub.

Film İranda və ölkə xaricində casusların ifşa edilməsindən bəhs edir.

“Qando” İranda mövcud olan timsahın adıdır.

Timsahlar isə səbirlə gözləyib ovuna qəfil həmlə etmək xüsusiyyətinə malikdir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar