SON XƏBƏRLƏR

Buenos-Ayresdəki terrora görə 4 livanlının həbsinə hazırlıq gedir

2023.06.16, 14:00
Buenos-Ayresdəki terrora görə 4 livanlının həbsinə hazırlıq gedir

4 Livan vətəndaşı 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdəki yəhudi mərkəzində partlayış törətməkdə günahlandırılır.

Gunaz.tv

Qeyd edək ki, 1994-cü ildə baş vermiş bu teraktın məsuliyyətini heç bir birləşmə və yaxud qrup üzərinə götürməyib.

Lakin Argentina və İsrail “Hizbullah” qrupunu bu aktı törətməkdə günahlandırmışdı.

Həmin partlayışda 85 nəfər ölmüş, 300 nəfər isə yaralanmışdı.

Argentina məhkəməsinin hakimi iyunun 25-də 4 livanlı “Hizbullah"çının həbsi üçün İnterpola müraciət etmək barədə baş prokurorun təklifi ilə razılaşıb. 

Həbsinə hazırlıq görülən şəxslər Hüseyn Münir Müzner, Əli Hüseyn Abdulla, Faruq Əbdülhey Əmiri və Abdulla Salmandır.

Ehtimal olunur ki, onlar Paraqvay, Braziliya ya da Beyrutda yaşayırlar.

Qeyd edək ki, bu hadisə Argentinada ən qanlı terror aktı hesab olunur.

Terakt Buenos Ayresdə 29 nəfərin ölümü ilə nəticələmiş İsrail səfirliyinə həmlədən 1 il sonra həyata keçirilib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar