SON XƏBƏRLƏR

Türkiyə Ukraynada PUA istehsal edəcək

2023.06.20, 09:33
Türkiyə Ukraynada PUA istehsal edəcək

Ukrayna xarici silah istehsalçılarını Ukraynada kütləvi istehsala həvəsləndirmək, bununla da ölkənin müdafiə sənayesini gücləndirmək üçün danışıqlara başlayıb.

Gunaz.tv

Kiyev xarici silah istehsalçılarını Ukraynada kütləvi istehsala həvəsləndirmək, bununla da ölkənin müdafiə sənayesini gücləndirmək üçün danışıqlara başlayıb.

Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna hakimiyyət orqanları İHA istehsal texnologiyasının ötürülməsində, bu sahədə investisiya və iş yerlərinin yaradılmasında xüsusilə maraqlıdır.

Nəzərdə tutulan layihəyə əsasən Türkiyənin “Baykar” şirkəti iki il ərzində Ukraynada İHA istehsalı zavodu qurmağı planlaşdırır.

Avropa qaydaları və standartları PUA istehsalı üçün çətinliklər yarada bilsə də, Ukrayna xarici şirkətlərdən əhəmiyyətli dəstək cəlb edəcəyinə ümid edir.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar