SON XƏBƏRLƏR

İranda QİÇS-ə yoluxanların son statistikası açıqlanıb

2023.06.20, 15:23
İranda QİÇS-ə yoluxanların son statistikası açıqlanıb

İranda 45 min 463 nəfərin QİÇS (HIV) xəstəliyinə yoluxduğu ehtimal olunur. Bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə İdarəsi açıqlama yayıb.

Gunaz.tv

Statistikaya əsasən yoluxanlardan 21 min 823 nəfəri ölüb, 23 min 640 nəfər isə müalicə alır.  

2022-ci ilin mart ayına qədər bu virusa yoluxanların 81 faizini kişilər, 19 faizini isə qadınlar təşkil edir. 

Statistikada bildirilir ki, yoluxmanın 51 faizinin səbəbi qorunmadan intim əlaqə, 1 faizi anadan dölə keçmədir.

Xəstələrin 16 faizi isə şpris vasitələrindən birgə istifadə zamanı yoluxub.

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar