SON XƏBƏRLƏR

Qaradağ meşələrində yanğın baş verib

2023.06.26, 15:23
Qaradağ meşələrində yanğın baş verib

Yerli sosial media və ekofəalların verdiyi məlumata görə, Qaradağ meşələrində güclü yanğın olub.

Gunaz.tv

Məlumatda yanğının Əhər şəhərinin Allı kəndi ərazisinə yaxın yaşıllıqda zonasında baş verdiyi və bir neçə hektar ərazinin yandığı bildirilib.

İyunun 25-də meydana gəldiyi bildirilən yanğın Allı və ətraf kəndlərdən olan əhalinin və yerli imkanlar hesabına söndürülüb.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsi, eləcə də yanğınların baş verməsi bölgənin ağciyərləri adlanan meşənin günü-gündən kiçilməsinə səbəb olur.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar