SON XƏBƏRLƏR

Türkiyə vətəndaşı Urmu həbsxanasına qaytarılıb

2023.06.30, 12:40
Türkiyə vətəndaşı Urmu həbsxanasına qaytarılıb

Bir neçə gün öncə yenidən dindirilmək üçün ETTELAAT-ın Çaldıran şəhərindəki bölməsinə aparılan Türkiyə vətəndaşı Hatəm Özdəmir yenidən Urmu həbsxanasına geri qaytarılıb.

Gunaz.tv

Qeyd edək ki, Hatəm Özdəmir İranda edama məhkum edilib

Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumatda Özdəmirin iki gün müddətində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Çaldıran şəhərindəki bölməsində sorğu-sual edildiyi qeyd olunub.

Qeyd edək ki, İnqilab Məhkəməsinin 1-ci bölməsinin Hatəm Özdəmirə qarşı “islam quruluşuna qarşı silahlı üsyan” ittihamı ilə çıxardığı edam hökmü 2022-ci il martin 15-də ona bildirilib.

2019-cu il yayını əvvəllərində Makı şəhərində saxlanılan Hatəm Özdəmir Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına aparılıb və orada dindirildikdən sonra Urmu zindanına köçürülüb.

Türkiyə vətəndaşının hansı qrupa bağlı olduğu və törətdiyi cinayət əməli ilə bağlı açıqlama verilmir.

İranın kürd müxalif qruplaşmalarının məhkum barədə yaydıqları məlumatlardan onun Türkiyə kürdlərindən olduğu və PKK, PEJAK silahlı təşkilatlarının üzv olduğu ehtimal edilir. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar