SON XƏBƏRLƏR

Güneyli fəallar barədə həbs və cərimə qərarı çıxarıldı

2023.07.03, 10:46
Güneyli fəallar barədə həbs və cərimə qərarı çıxarıldı

Güneyli milli-mədəni fəallar Muxtar İbrahimi və Musa Ziya Gərgəri həbs və cərimə cəzasına məhkum ediliblər.

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin ikinci bölməsi Muxtar İbrahimi barədə 1 il həbs, Musa Ziya Gərgəri barədə isə 6 milyon tümən cərimə qərarını təsdiq edib.

Hər iki fəal "hökumətə qarşı təbliğat"da ittiham olunublar.

Qeyd edək ki, 2020-ci ilin sonlarında Marağa Məhkəməsinin birinci bölməsi Muxtar İbrahimini "hökumətə qarşı təşkilat və qrup yaratmaq" və "müxalif kanal və cərəyanlara üzv olmaq" ittihamına görə 10 il həbs cəzasına, Musa Ziya Gərgərini isə "hökumətə qarşı fəaliyyət" ittihamına görə 1 il həbs cəzasına məhkum etmişdi.

Hər iki fəal bundan öncə dəfələrlə mədəni fəaliyyətlərinə görə saxlanılıb, dindirilib və qondarma ittihamlarla mühakimə olunublar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar