SON XƏBƏRLƏR

Milli fəala ağır həbs cəzası verildi

2023.07.05, 08:33
Milli fəala ağır həbs cəzası verildi

Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi milli-mədəni fəal Ramin Əliniya Təzəkənd barədə ilkin məhkəmənin çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb.

Gunaz.tv

Əslən Ərdəbildən olan və Tehranda yaşayan milli-mədəni fəal “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” və "hökumətə qarşı təbliğat" ittihamlarına görə 6 il azadlıqdan məhrum edilib.

Eyni zamanda onun həbsdən sonra iki il müddətinə ölkədən çıxışına, sosial mediada fəaliyyətinə, siyasi və ictimai qurumlara üzv olmasına qadağa qoyulub.

Ramin Əliniya Təzəkənd barəsində hökm verən Qazi Sələvati, milli fəalın "İnstagram"dakı "Gündəm" adlı səhifəsində mədəni və ictimai paylaşımları ona qarşı irəli sürülən ittihamların sübutu kimi təqdim edib.

Qeyd edək ki, Ramin Əliniya 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub.

O, üç həftədən çox həbsdə qaldıqdan sonra 2022-ci ilin 30 noyabrında Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar