SON XƏBƏRLƏR

İran 3 Avropa ölkəsi ilə danışıqlara başlayıb

2023.07.07, 13:25
İran 3 Avropa ölkəsi ilə danışıqlara başlayıb

“Neçə həftədir ki, Almaniya, Fransa və Britaniya ilə danışıqlara başlamışıq". Bunu İranın xairic işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

Gunaz.tv

O, deyib ki, ölkəsi "daha yaxşı anlaşma və əməkdaşlıq istiqamətinə nail olmaq istəyindədir".

Nazir Çinin "Foniks" televiziyasına açıqlamasında deyib ki, danışıqlar Norveçdə başlayıb, bir müddət öncə də BƏƏ-də davam edib. 

"Sanksiyalara qarşı eyni vaxtda 2 istiqamətdə hərəkət edirik.

Birinci sanksiyaları təsirsiz etməkdir. İkinci istiqamətimiz isə diplomatiya və danışıqlar vasitəsi ilə sanksiyaların ləğvinə nail olmaqdır"-Abdullahian belə deyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar